18 Aprel 2023 09:41
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iki iştirakçısı müəyyənləşəcək.

Teleqraf.com xəbər verir ki, 1/4 finalın iki matçı keçiriləcək.

Turnirin son qalibi İspaniya klubu “Real Madrid” “Santyaqo Bernabeu”da iki cavabsız qolla məğlub etdiyi İngiltərə “Çelsi”sinin qonağı olacaq. “Kral klubu”ndan fərqli olaraq, “zadəganlar” doğma arenadakı görüşə ciddi itkilərlə çıxacaqlar. Xüsusən də, Xalidu Kulibali, Ben Kiluell və Pyerr-Emerik Obameyanqın yoxluğunu vurğulamaq olar.

Digər cütlükdə italyan dueli olacaq. “Napoli” səfərdə bir qolla uduzduğu “Milan”ı qəbul edəcək. Neapollularda aparıcı hücumçu Viktor Osimxen sıraya dönübsə, əvəzində Kim Min-Jae, Andre Anqissa və Covanni Simeone məşqçilər korpusunun sərəncamında olmayacaqlar. “Milan”ın yeganə itkisi isə Zlatan İbrahimoviçdir.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki görüşü aprelin 19-da keçiriləcək.

Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

18 aprel

23:00. “Çelsi” (İngiltərə) – “Real Madrid” (İspaniya)

Baş hakim: Daniel Orsato (İtaliya)

London, “Stemford Bric”

İlk oyun – 0:2

23:00. “Napoli” (İtaliya) – “Milan” (İtaliya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

Neapol, “Dieqo Maradona” stadionu

İlk oyun – 0:1


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər