Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Teleqraf.com xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan 35 yaşlı idmançı finala gedən yolda polşalı Anna Lukasyakla qarşılaşıb.
Rəqibinə 9:0 hesabı ilə qalib gələn Stadnik həlledici qarşılaşmaya vəsiqə qazanıb. Səkkizqat Avropa çempionunun finaldakı rəqibi Oksana Livaç (Ukrayna) - Miqlena Selişka (Bolqarıstan) cütünün qalibi olacaq