21 Aprel 2023 22:06
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında final görüşünə çıxıb.

Teleqraf.com xəbər verir ki, 57 kq çəki dərəcəsində yarışan idmançı qızıl medal uğrunda qarşılaşmada ukraynalı Alina Akobyanı sınağa çəkib. Rəqibinə “tuş”la uduzan Əliyeva Avropa ikincisi olub.

53 kq-da çıxış edən Türkan Nəsirova isə bürünc medal görüşündə türkiyəli Zeynep Yetgilə məğlub olaraq 5-ci yeri tutub.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Qadınlardan isə Mariya Stadnik Avropa çempionu olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər