27 Aprel 2023 21:22
1 557
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakıya ilk səfərimdir. Yaxşı mənada təəccübləndim. Şəhər çox gözəl görünür".

Teleqraf.com xəbər verir ki, bunu "Formula 1" üzrə Azərbaycan Qran Prisində iştirak etmək üçün Bakıya gələn Xorvatiyalı model İvana Knoll qala gecəsində jurnalistlərə açıqlamasında deyib.

Səfərlə bağlı təəssüratını bölüşən xanım azarkeş Azərbaycan xörəklərinin dadlı olduğunu söyləyib: "Açığı, pəhriz saxlamaq istəyirdim. Amma əminliklə deyə bilərəm ki, Bakıda bunu edə bilməyəcəyəm".

Knol bildirib ki, Bakıdakı yarışda ilk dəfə iştirak etsə də, digər ölkələrdə keçirilən Qran Prilərdə dəfələrlə yer alıb: "Qətərdəki dünya çempionatı ilə buradakı atmosferi müqayisə edə bilmərəm. Çünki tamam fərqli turnirlərdir. Ölkələrin müqayisəsinə gəlincə, bu barədə də fikir bildirməyəcəyəm. Çünki Qətərdə 1 ay oldum, buraya isə cəmi 6-7 saatdır gəlmişəm".

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə baş tutacaq. Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər