Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Teleqraf.com xəbər verir ki, bu raundun ikinci matçında İtaliya “Milan”ı eyni şəhərin “İnter” klubunu qəbul edəcək. "San Siro" stadionundakı görüşü ispaniyalı Xesus Xil Mansano idarə edəcək. Laysmanlar Diyeqo Barbero Sevilya və Anxel Nevado Rodriges, 4-cü hakim isə ispaniyalı Xose Sançes Martines olacaq.
Komandalar arasında cavab matçı mayın 16-da eyni şəhərin eyniadlı stadionunda keçiriləcək.
UEFA Çempionlar Liqası, yarımfinal
İlk oyun
5 may
23:00. "Milan" (İtaliya) - "İnter" (İtaliya)
Baş hakim: Xesus Xil Mansano (İspaniya)
Milan, "San Siro" stadionu
Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniya "Real Madrid"i öz meydanında İngiltərənin “Mançester Siti”si ilə heç-heçəyə razılaşıb – 1:1.