“Real Kastilya” klubunun baş məşaçisi Zinəddin Zidan “Liverpul”un canlı əfsnəsinə çevrilən və mövsümün sonunda komandadan gedəcəyini açıqlayan Stiven Cerard haqda danışıb.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, veteran futbolçu “Liverpul”un kapitanı haqda xoş sözlər deyib:
“Səhv etmirəmsə, 2004-cü ilin yaz ayları idi. Klub prezidenti Florentina Perezlə söhbətimin birində Cerardla yaxşı tandem yarada biləcəyimi ona söylədim. “Real” isə Cerarda iki dəfə transfer təklifi etdi. Ancaq o, “Liverpul”dan ayrılmaq istəmədi. Cerardın bu qərarı klubuna olan sədaqətini göstərir. Cerard bir vaxtlar dünyanın ən yaxşı oyunçusu idi. ABŞ-dakı karyerasının da uğurlu olacağına əminəm".