4 Yanvar 2015 23:04
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Super Liqasının 16-cı turun mərkəzi qarşılaşmasında iki İstanbul nəhəngi "Beşiktaş" və "Qalatasaray" klubları üz-üzə gəlib.

Teleqraf.com xəbər verir ki, hər zaman böyük maraqla izlənilən derbini qonaqlar qazanıb.

İlk hissədə hər iki tərəfin səylərinə baxmayaraq hesab açılmayıb. İkinci hissəyə fəal başlayan "cim-bom" 50-ci dəqiqədə Felipe Melonun qolu ilə hesabı açıb. "Beşiktaş" 62-ci dəqiqədə azlıqda qalıb. Veli Kavlak qırmızı kart alaraq komandasını pis vəziyyətdə qoyub.

Oyunda son nöqtəni isə əsas vaxta əlavə edilmiş dəqiqələrdə Burak Yılmaz qoyub.

“Beşiktaş” – “Qalatasaray” - 0:2

Qol: Melo, 50. Burak Yılmaz, 90+5

Kəmalə


Müəllif:

Oxşar xəbərlər