Xeyriyyə oyununda "Sabah"ın qonağı olacaq Türkiyənin "Beşiktaş" klubu Bakıya gəlib.
Teleqraf.com-un məlumatına görə, İstanbul təmsilçisini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Komandanı hava limanında çoxsaylı azarkeşlər qarşılayıblar.
Qeyd edək ki, mayın 13-də keçiriləcək "Sabah" - "Beşiktaş" oyunu saat 18:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.