18 May 2023 01:22
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftçi"nin sabiq futbolçusu Marian Aliuta kilsədə işə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə veteran yarımmüdafiəçi "digisport.ro" saytına açıqlama verib.

O bildirib ki, həyatında baş verən problemlər səbəbindən bu addımı atıb:

"Bəzi çətinliklərim var idi. Tanrıya problemlərimi danışdım, o da məni bura çağırdı. Bunu hiss etdim və dərhal gəldim. Qısa zamanda hər şey öz axarına düşdü. Tanrıya sonsuz təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Marian Aliuta "Neftçi"də 2009/2010 mövsümündə çıxış edib.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər