UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində son oyun keçirilib.
Teleqraf.com xəbər verir ki, İngiltərənin "Mançester Siti" klubu öz meydanında İspaniyanın "Real" (Madrid) klubunu qəbul edib.
Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları B.Silva (23-cü və 37-ci dəqiqələr), E.Militao (76, avtoqol) və X.Alvarez (90+1) vurublar.
Beləliklə, "Mançester Siti" UEFA Çempionlar Liqasının finalına yüksəlib. Finalın digər iştirakçısı isə İtaliyanın "İnter" klubudur.
Xatırladaq ki, cütlük arasında ilk oyun 1:1 hesablı heç-heçə ilə bitmişdi.