18 May 2023 23:25
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Super Liqasında XXXIV tura mərkəzi oyunla yekun vurulub.

Teleqraf.com xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Fənərbağça" "Trabzonspor"u qəbul edib. "Ülker" stadionunda keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1.

Hesabı 11-ci dəqiqədə İstanbul klubundan Mişi Batşuayi açıb. 58-ci dəqiqədə Luan Peres "Fənərbağça"nın üstünlüyünü 2 topa çatdırıb. 71-ci dəqiqədə Enner Valensiya 3-cü topu qonaqların qapısından keçirib. 79-cu dəqiqədə Qara dəniz təmsilçisi Trezegenin penaltidən vurduğu qolla fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.

Bu qələbədən sonra xallarını 71-ə çatdıran "Fənərbağça" 2-ci pillədəki mövqeyini möhkəmlədib. Hazırda komandanı lider "Qalatasaray"dan 5 xal ayırır. 48 xalı olan "Trabzonspor" isə 8-ci sırada qərarlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər