Paytaxtımızda bədii gimnastika üzrə keçirilən 39-cu Avropa çempionatında qrup hərəkətləri komandaları arasında çoxnövçülük proqramı üzrə qaliblər müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova,Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komandamızın üzvləri çoxnövçülük proqramında bürünc medala layiq görülüblər.
Qeyd edək ki, Avropa çempionatına mayın 21-də yekun vurulacaq.