21 May 2023 23:37
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstoçno-Sarayevoda (Bosniya və Herseqovina) cüdo üzrə açıq Avropa Kuboku başa çatmaq üzrədir.

Teleqraf.com xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan idmançısı Məhərrəm İmamverdiyev (81 kq) finala gedən yolda Mateuş Saliş (Polşa), Ari Vinkler (İsrail), Mo Van Dum (Niderland) və Botond Totu (Macarıstan) məğlub edib.

Həlledici görüşdə M.İmamverdiyev Niderland idmançısı Koen Van Vindendən güclü olduğunu sübut edərək, turnirin qalibi olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər