2 İyun 2023 14:48
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

UFC döyüşçüsü Dastin Porye növbəti döyüşündə Mahaçev Dariuşla üz-üzə gələcək.

Teleqraf.com xəbər verir ki, UFC döyüşçüsü Dastin Porye dağıstanlı İslam Mahaçovun növbəti rəqibinin kim ola biləcəyini deyib.

Porye iyulun 29-da UFC 291-də Justin Gaethje ilə qarşılaşacaq:

Görüşlə bağlı idmançı bu sözləri işlədib: "Düşünürəm ki, bizim mübarizəmiz bir nömrəli iddialı döyüşdür. Amma Beneil Dariuşdan sonra Mahaçevlə görüşəcəyik".

Qeyd edək ki, oktyabrın 22-də Mahaçev Abu Dabidə keçirilən UFC-280 turnirində yüngül çəkidə titul döyüşündə braziliyalı Çarlz Oliveyra ilə qarşılaşıb. Mahaçev rəqibini ikinci raundda boğma fəndi ilə məğlub edib. Fevralın 12-də Avstraliyanın Pert şəhərində keçirilən UFC-284 turnirində Mahaçev beş raunddan sonra yekdil qərarla Volkanovskini məğlub edib. Dağıstanlı idmançı peşəkar karyerasına 24 qələbə, 1 məğlubiyyətlə davam edir.


Müəllif: Əsəd Məmmədəliyev
UFC