12 May 2014 16:19
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Premyer Liqasında "Zenit" - "Dinamo" (Moskva) klubları arasında keçirilən görüş qalmaqalla yadda qalıb.

Teleqraf.com-un verdiyi məlumata görə, Peterburq təmsilçisinin azarkeşləri sevimli komandasının 2:4 hesabı ilə məğlub olmasını həzm edə bilməyib.

Oyunun 87-ci dəqiqəsində azarkeşlər meydançaya axışıblar.

Məlumatlara görə, “Zenit” azarkeşləri “Dinamo”nun futbolçusu Qranatın sifətinə zərbə vurublar. Futbolçu aldığı zərbədən beyin silkələnməsi keçirib.

İxtişaş törədən bir neçə azarkeş həbs olunub.

Mətbuatda futbolçunu vuran azarkeşin həbsi olunması yazılsa da, sonra məlum olub ki, o, hələ də azadlıqdadır. Polis həmin azarkeşin axtarışda olduğunu deyib.

Aygün İlqarqızı


Müəllif: