"Fənərbağça" Türkiyə Kubokunun finalında "İstanbul Başakşehir"ə qalib gəlib.
Teleqraf.com xəbər verir ki, İzmirdə keçirilən matç "Fənərbağça"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Final oyununun qəhrəmanı dubla imza atan Mişi Batşuayi olub. Belçikalı hücumçu 18 yaşlı Arda Gülərin ötürməsi ilə matçın ilk dəqiqəsində ilk qolu vurub. Qarşılaşmanın 29-cu dəqiqəsində Batşuayi komandasının hesabdakı üstünlüyünü ikiqat artırıb.
Nəticədə “Fənərbağça” tarixində 7-ci Türkiyə Kubokunu qazanıb. Komanda Kuboku son dəfə 10 il əvvəl - 2012/13 mövsümündə qazanmışdı.