Azərbaycan millisinin karateçisi İrina Zaretska Yaponiyanın Fukuoka şəhərində keçirilən Premyer Liqa turnirində bürünc medal qazanıb.
Teleqraf.com xəbər verir ki, turnirdə 68 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi üçüncü yer uğrunda görüşdə qazaxıstanlı Venera Jahibaevadan üstün olub.
Qeyd edək ki, Premyer Liqa turnirinin üçüncü mərhələsinə yekun vurulub.
68 kq çəki dərəcəsində dünya və Avropa çempionu olmuş idmançı ötən ay Mərakeşin paytaxtı Rabatdakı eyni yarışda qızıl medal qazanıb.