7 Yanvar 2015 12:32
562

İspaniya kubokunda 1/8 finalın ilk oyunları davam edir.

Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 4 qarşılaşma keçiriləcək.

Günün ilk qarşılaşmasında "Vilyareal" və "Real Sosyedad" komandaları üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Madrid derbisində "Atletiko" və "Real" komandaları qarşılaşacaq. "Visente Kalderon" stadionunda keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 01:00-da veriləcək.

Qeyd edək ki, kubokun daha iki oyunu sabah axşam keçiriləcək.

7 yanvar

İspaniya kuboku, 1/8 finalın ilk oyunları

"Vilyareal" - "Real Sosyedad"

"Atletiko" (Madrid) - "Real" (Madrid)

"Almeriya" - "Qetafe"

"Valensiya" - "Espanyol"

8 yanvar

"Qranada" - "Sevilya"

"Barselona" - "Elçe"

6 yanvar

"Malaqa" - "Levante" - 2:0
Qollar: Anor, 16 (1:0), Horta, 78 (2:0)

"Selta Viqo" - "Atletik" (Bilbao) - 2:4
Qollar: San Joze, 5 (0:1), Lopez, 11 (1:1), Aduriz, 15 (1:2), Çarles, 54 (2:2), Susaeta, 61 (2:3), Aduriz, 87 (2:4)


Müəllif:
loading...