7 Yanvar 2015 16:50
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki UEFA-nın rəsmi saytına danışıb.

Publika.az xəbər verir ki, xorvat çalışdırıcı millimizin futbolçularının psixoloji vəziyyətlərinin qaydasında olmadığını bildirib:

"Təəssüf ki, Azərbaycan yığması AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində ilk dörd oyundan sonra xal qazana bilməyib. Buna görə də futbolçular psixoloji cəhətdən yaxşı vəziyyətdə deyil. İndiki məqamda əsas vəzifəmiz bu çatışmazlığı aradan qaldırmaqdı. Futbolçuları ruhlandırmaq lazımdı, onlar özlərinə inanmalıdılar.


Turnir cədvəlində bacardıqca yuxarı qalxmalıyıq. Düzdü, bunun öhdəsindən gəlmək heç də asan olmayacaq. Azərbaycanda potensiallı gənc oyunçular var. Baş məşqçi təyin edildikdən sonra bir çoxunun oyununu izləmişəm. Diqqətimi cəlb edənlər az deyil. Onlara inamım böyükdü. İddialı rəqiblərlə mübarizə aparmağı bacaran komanda formalaşdırmalıyıq".

Bakıdan ağızdolusu danışan Prosineçki qızlarının Bakıda təhsil alacağını da vurğulayıb:

“Azərbaycan və paytaxt Bakı şəhəri çox xoşuma gəldi. Böyükhəcmli investisiyalar öz bəhrəsini verməkdədir. Mənim bu ölkəyə münasibətimi bilmək istəyirsinizsə, ailəmi də özümlə gətirmişəm. Qızlarım Bakı məktəblərindən birində təhsil alacaqlar. Burada yaxşı yaşamaq üçün hər cür şərait var”.


Müəllif:

Oxşar xəbərlər