İngiltərənin “Çelsi” klubu 60 milyon avroya futbolçu transfer edib.
Teleqraf.com-un Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, Almaniyanın “Leyptsiq” klubunun hücumçusu Kristofer Nkunku ilə münasibətlər rəsmiləşib.
26 yaşlı forvard yeni komandası ilə 6 illik müqavilə imzalayıb. Fransa millisinin üzvü iyulun 1-dən etibarən londonluların oyunçusu sayılacaq.
Qeyd edək ki, Fransanın PSJ klubunun yetirməsi olan Kristofer Nkunku 2019-cu ildən bəri “Leyptsiq”in formasını geyinib.