Bu gün Polşada təşkil edilən III Avropa Oyunlarının açılış mərasimi keçiriləcək.
Teleqraf.com xəbər verur ki, tədbir Krakov şəhərində yerləşən “Henrik Reyman” stadionunda baş tutacaq.
Eyni zamanda, idmançılar 7 növdə mübarizə aparacaqlar. Azərbaycanın 6 atleti 3-cü Divizionda çıxış edəcək. Kaşqın Abbaszadə uzunluğa tullanmada, İsmayıl Əliyev disk atmada, Anna Yusupova 800 m, Elman Abışov 1500 m məsafəyə qaçışda, Yekaterina Sarıyeva üç təkanla tullanmada, Cavid Məmmədov isə 400 m məsafəyə maneələrlə qaçışda qüvvəsini sınayacaq.
Bu gün, həmçinin, padel yarışları da start götürəcək. Azərbaycan millisinin Nərminə Bağırova və Samirə Əliyevadan ibarət cütlüyü İtaliyanın Kiara Pappakena - Culia Sussarello cütünə qarşı çıxış edəcək.