24 İyun 2023 02:00
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşada keçirilən III Avropa Oyunlarında zədə alan Azərbaycan karateçisi Fəridə Əliyevanın (+68 kq) vəziyyəti indi stabildir.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan nümayəndə heyətinin press-ataşesi Qabil Mehdiyev açıqlama verib.

Onun sözlərinə görə, idmançı bütün tibbi müayinələrdən sonra klinikadan buraxılıb və bu axşam Bakıya qayıdacaq.

Q.Mehdiyev karateçinin ciddi xəsarət almadığını bildirib: "İdmançımızım iki ay əvvəl Avropa çempionatının finalında italiyalı rəqiblə döyüşündə burnu sınıb. Zərbə köhnə zədənin üzərinə dəydiyi üçün qanaxma nəticəsində huşunu itirib. Dərhal xəstəxanaya aparılıb, sistem köçürülüb, ilkin tibbi yardım göstərilib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər