Muay-tay üzrə Azərbaycan millisinin üzvü Xəyal Əliyev Polşada təşkil olunan III Avropa Oyunlarında bürünc medalı təmin edib.
Teleqraf.com xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı buna yarımfinala yüksəlməklə nail olub.
Əliyev 1/4 final mərhələsində Giorgi Kleynə (Gürcüstan) qalib gəlib.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl 2 qızıl, 1 gümüş və 2 bürünc əldə edib.