Muay-tay üzrə Azərbaycan millisi Polşada təşkil olunan III Avropa Oyunlarında 3 medalı rəsmiləşdirib.
Teleraf.com xəbər verir ki, komanda oyunlarda Federasiya prezidenti Araz Musayev, baş məşqçi Azər Həsənsoy, gənclər üzrə baş məşqçi Fəxri Əliyevin rəhbərliyi ilə iştirak edirlər.
57 kq çəki dərəcəsində çıxış edən Aysu Devrişova 1/4 final mərhələsində xorvatiyalı Zelyana Pitesa üzərində 30:26 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib və azı bürünc medalı təmin edib.
Digər qadın idmançımız Emili Rzayeva da yarımfinala vəsiqə qazanmaqla bunu reallaşdırıb. Onun 63,5 kq çəki dərəcəsində 1/4 final mərhələsindəki rəqibi Nora Kornelli (Fransa) çəkiyə gəlmədiyi üçün Rzayeva qalib elan olunub.
Kişi idmançılardan Xəyal Əliyev də yarışda azı bürünc medalı qarantiləyib. 67 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda gürcüstanlı Georgi Kleyni vaxtından əvvəl nokdaunla məğlub etməklə yarımfinala çıxıb.
71 kq-da yarışan Məhəbbət Hümbətov isə 1/4 finalda polşalı Yakub Rayevskiyə uduzub.