Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu ilk yoxlama oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Macarıstan çempionu "Ferentsvaroş"la üz-üzə gəlib.
"Leerberg Arena"dakı qarşılaşma 3:3 hesabı ilə bitib.
Azərbaycan təmsilçisinin heyətində Nəriman Axundzadə dubl edib. Üçüncü qolu isə Leandro Andrade vurub.