30 İyun 2023 20:27
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Murad Allahverdiyev Avropa Oyunlarında bürünc medal qazanıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb. “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən idmançımız finala gedən yolda Qabriyel Veoçiçi (Xorvatiya) üz-üzə gəlib.

Ardıcıl olaraq Kevin Şumann (Almaniya), Nikita Niysted (Finlandiya) və Hambardzum Hakobyanı (Ermənistan) mübarizədən kənarlaşdıran M.Allahverdiyev bu dəfə məğlubiyyətə üzülüb. Rəqib 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəldiyindən boksçumuz Avropa Oyunlarını bürünc medalla başa vurub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər