2 İyul 2023 08:28
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Futbol Federasiyası (FIFA) və Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) yeni ofsayd qaydası üzərində işləyir.

Teleqraf.com xəbər verir ki, yeni qaydaya görə, ofsayd vəziyyəti yalnız hücum edən oyunçunun bütün bədəni müdafiəçidən daha çox rəqibin qapısına yaxın olduqda təyin olunacaq. Hücum edən oyunçunun bədəninin bir hissəsi müdafiəçi ilə eyni xətdə olarsa, ofsayd nəzərə alınmayacaq.

Dəyişikliyin yaxın vaxtlarda Hollandiya, İtaliya və İsveçin aşağı liqalarında sınaqdan keçirilməsi planlaşdırılır.

Təklif olunan dəyişikliklərin təşəbbüskarı FIFA-nın qlobal futbol departamentinin rəhbəri Arsen Vengerdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər