2 İyul 2023 11:27
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstan 2023-cü ilin aprel ayında Azərbaycandan 74,8 milyon kubmetr təbii qaz idxal edib, martda bu rəqəm 44,5 milyon kubmetr olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Birliyinin Statistika İdarəsi olan "Eurostat"dan məlumat verilib.

Beləlilə, Azərbaycandan ölkəyə qaz idxalı əvvəlki ayla müqayisədə 68 faizdən çox artıb.

Apreldə qaz tədarükünün dəyəri martda 30,5 milyon avro ilə müqayisədə 29,9 milyon avro təşkil edib ki, bu da 2 faizdən çox azalma deməkdir.

Qeyd edək ki, Bolqarıstan 2022-ci il oktyabrın 1-də istifadəyə verilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İGB) vasitəsilə Azərbaycandan qaz idxalına başlayıb. Bu interkonnektor vasitəsilə qaz tədarükünün müqavilə üzrə həcmi ildə 1 milyard kubmetr təşkil edir. İGB-nin ümumi tutumu 3 milyard kubmetrdir və ildə 5 milyard kubmetrə qədər genişləndirilməsi mümkündür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər