“Liverpul”un və İngiltərə millisinin əfsanəvi keçmiş futbolçusu Stiven Cerrard məşqçiliyə qayıdıb.
Teleqraf.com xəbər verir ki, 43 yaşlı mütəxəssis "Əl-İttifaq"a baş məşqçi təyin olunub .
Cerrard Səudiyyə klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.
Qeyd edək ki, “Əl-İttifaq” ötən mövsümü Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində yeddinci sırada tamamlayıb. Komanda keçirdiyi 30 oyunda 37 xal toplayıb.