Futbol üzrə İspaniya kubokunda 1/8 finalın ilk oyunlarına yekun vurulub.
Son oyun günündə daha iki qarşılaşma baş tutub.
"Barselona" doğma meydanında "Elçe"ni qəbul edib və 5:0 hesabı ilə qələbə qazanıb.
Qolları oyunda Neymar (2 qol), Suares, Messi (penalti ilə) və Alba vurub.
Digər oyunda isə "Qranada" "Sevilya"ya 1:2 hesabı ilə uduzub.
"Barselona" - "Elçe" - 5:0
Qollar: Neymar, 35 (1:0), Suares, 40 (2:0), Messi, 45-pen (3:0), Alba, 56 (4:0), Neymar, 59 (5:0)
"Qranada" - "Sevilya" - 1:2
Qollar: Delofeu, 31 (0:1), Qameyro, 53 (0:2), Banqura, 90+2 (1:2)