"Neftçi" Peşəkar Futbol Klubu yeni baş məşqçisi Adrian Mutunu təqdim edib.
Teleqraf.com xəbər verir ki, "ağ-qaralar"ın Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf rumıniyalı mütəxəssislə görüşüb.
Görüşdə “Neftçi”nin hazırkı durumu və qarşıya qoyulan hədəflər barədə fikir mübadiləsi aparılıb, klubla bağlı gözləntilər diqqətə çatdırılıb.
Daha sonra Adrian Mutu ilə iki illik müqavilə imzalanıb.