15 İyul 2023 18:14
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” “Match TV” beynəlxalq turnirində sonuncu oyununu keçirib.

Teleqraf.com-un məlumatına görə, Adrian Mutunun baş məşqçi olduğu kollektiv Türkiyə təmsilçisi "Fənərbağça" ilə üz-üzə gəlib.

"Smena" stadionunda baş tutan qarşılaşma rəqibin qələbəsi ilə bitib - 1:0. "Fənərbağça"nın qolunu 73-cü dəqiqədə Edin Ceko vurub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər