19 İyul 2023 14:19
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi" və "Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində avqustun 3-də Bakıda keçirəcəyi oyunların vaxtı dəqiqləşib.

Teleqraf.com xəbər verir ki, "Sabah"ın cavab qarşılaşması saat 20:00 "Bank Respublika Arena"da start götürəcək.

"Ağ-qaralar"ın "Bakcell Arena"dakı matçı saat 21:00-da başlayacaq.

"Neftçi" bu raundda "Jelezniçar" (Bosniya və Herseqovina) – "Dinamo" (Minsk, Belarus) cütünün (ilk oyun 2:2) qalibi ilə üz-üzə gələcək. "Bayquşlar" isə "Makedoniya" (Şimali Makedoniya) - RFŞ (Latviya) duelinin (ilk oyun - 0:1) güclüsü ilə qarşılaşacaq. Hər iki komandanın ilk görüşü səfərdə olacaq.

Qeyd edək ki, "Qəbələ" Kiprin "Omoniya" kollektivi ilə ilk matçını iyulun 27-də evdə, cavab görüşünü avqustun 3-də səfərdə keçirəcək. Qarşılaşmalar müvafiq olaraq saat 20:00 və 21:00-ya təyin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər