İspaniyalı futbolçu Jordi Alba Amerikanın “İnter Mayami” futbol klubu ilə müqavilə imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Albanın klubla müqaviləsi daha bir mövsüm uzadılma ehtimalı ilə birillik imzalanıb. Mayın 24-də müdafiəçinin İspaniyanın “Barselona” futbol klubunu tərk etdiyi açıqlanıb.
Albanın 34 yaşı var, o, “Barselona”nın yetirməsidir, 2008-2012-ci illərdə “Valensiya”nı təmsil edib. Kataloniya klubunun tərkibində 458 oyun keçirən futbolçu bu göstəricidə “Barselona” tarixində 9-cu oyunçudur. Futbolçu klubda keçirdiyi oyunlarda 27 qol vurub və 99 məhsuldar ötürmə edib.
Alba komandası ilə birlikdə altı dəfə İspaniya çempionluğunu, beş dəfə ölkə kubokunu, dörd dəfə Superkuboku qazanıb.