UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, 15 matçı ümumilikdə 106 358 tamaşaçı izləyib.
Ən çox fanat “Makkabi” (Hayfa, İsrail) - “Hamrun” (Malta) qarşılaşmasında qeydə alınıb. İsrail klubunun 2:1 hesabı ilə qalib gəldiyi görüşdə 28 613 tərəfdar olub.
"Qarabağ"ın Bakıda Cəbəllütariqin "Linkoln" klubuna 4:0 hesabı ilə qalib gəldiyi oyun siyahının ikinci pilləsində qərarlaşıb. Bakı Olimpiya Stadionundakı matçda tribunalarda 19 453 nəfər olub.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində Polşanın "Rakuv" klubu ilə üz-üzə gələcək. İlk görüş iyulun 26-da səfərdə, cavab qarşılaşması bir həftə sonra evdə olacaq.