22 İyul 2023 17:46
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovina klubu “Jelezniçar”la keçirəcəyi ilk oyunun təqvimində dəyişiklik olub.

Teleqraf.com xəbər verir ki, UEFA iyulun 27-də “Qrbavitsa” stadionunda baş tutacaq görüşün saatını dəyişib.

Qitə futbol qurumunun qərarına görə, Sarayevodakı qarşılaşma öncədən nəzərdə tutulduğu kimi, Bakı vaxtı ilə saat 22:30-da deyil, yarım saat gec – yəni, 23:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər