FIFA-nın baş katibinin keçmiş müavini Jerom Şampan qurumun prezidentliyinə keçiriləcək seçkilərdə namizədliyini irəli sürəcək.
Teleqraf.com-un xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, 58 yaşlı fransız beş federasiyanın dəstəyini alarsa, bu addımı atacağını deyib.
Qeyd edək ki, FIFA prezidentliyinə seçkilər bu ilin mayında keçiriləcək. FIFA-nın hazırkı prezidenti Yozef Blatter də seçkilərdə iştirak edəcək.