26 İyul 2023 23:59
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxıb.

Teleqraf.com-un məlumatına görə, Azərbaycan çempionu Polşada "Rakuv"un qonağı olub. Çenstoxovadakı "Miejski" stadionunda keçirilən görüşdə meydan sahibləri qələbə qazanıblar - 3:2.

Matçda hesab 55-ci dəqiqədə açılıb. Ağdam klubundan Elvin Cəfərquliyev avtoqol müəllifi olub. 71-ci dəqiqədə "Rakuv" ikinci topu "köhlən atlar"ın qapısından keçirib. Bu dəfə Fabian Pyasetski fərqlənib. Məğlubiyyətlə barışmaq istəməyən "Qarabağ" Redon Cicanın 73 və 75-ci dəqiqələrdə vurduğu qollarla hesabı bərabərləşdirib. Bununla belə, Polşa çempionu 90+1-ci dəqiqədə Sonni Kittellə qələbə topunu vura bilib.

Komandalar arasında cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Bu cütün qalibi III təsnifat mərhələsində "Aris" (Kipr) - BATE (Belarus) matçının güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ" I təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"unu hər iki görüşdə məğlub edərək (2:1, 4:0) mübarizədən kənarlaşdırıb.

23:59

Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab bərabərləşib.

Teleqraf.com xəbər verir ki, Redon Cica 75-ci dəqiqədə özünün və Ağdam klubunun 2-ci qoluna imza atıb.

23:49

Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda 3-cü qol vurulub.

Teleqraf.com xəbər verir ki, Ağdam klubundan Redon Cica 73-cü dəqiqədə buraxılan toplardan birinin əvəzini çıxıb - 1:2.

23:46

Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab dəyişib.

Teleqraf.com-un məlumatına görə, 71-ci dəqiqədə meydan sahibləri ikinci topu Ağdam klubunun qapısından keçirib. Qolun müəllifi Fabian Pyasetski olub.

23:30

Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

55-ci dəqiqədə Ağdam klubunun müdafiəçisi Elvin Cəfərquliyev avtoqol müəllifi olub.

23:18

Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

Birinci yarıdan sonra qarşılaşmada hesab açılmayıb.

23:03

Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

"Miejski" stadionunda oynanılan görüşdə komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

22:15

Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu başlayıb.

"Miejski" stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 22:15-də start götürüb.

Qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrix idarə edir.

Qeyd edək ki, komandaların cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər