Əlcəzair millisinin futbolçusu Riyad Mahrez "Mançester Siti"dən ayrılıb.
Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumameylli yarımmüdafiəçi Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasına keçib.
Təcrübəli oyunçunun Ciddə təmsilçisinə transferi 30 milyon funt sterlinqə başa gəlib.
Qeyd edək ki, Riyad Mahrez "Mançester Siti" 2018-ci ildə "Lester"dən keçmişdi.