10 Yanvar 2015 13:17
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real" (Madrid) klubu qapıçı karyerasının son illərini yaşayan İker Kasilyasa əvəzləyici tapıb.

Qol.Az-ın "Mirror"a istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi "Mançester Yunayted"in qolkiperi David de Xeanı transfer etməyi planlaşdırır.

"Kral klubu" artıq ispaniyalı qapıçı üçün "Mançester Yunayted"ə 30 milyon funt-sterlinq təklif edib. Lakin İngiltərə klubunun de Xeanı satmaq niyyətində olmadığı bildirilir.

Qeyd edək ki, de Xeanın "Mançester Yunayted"lə müqaviləsi 2016-cı ildə başa çatacaq.


Müəllif: