Braziliyanın "Çupim" teleşousunun teleaparıcısı Sofiya Barklay "Paris Sen-Jermen"in və Braziliya millisinin futbolçusu Neymarın başqa kişi ilə cinsi əlaqədə olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, jurnalistin sözlərinə görə, onların cinsi əlaqəsi koronavirus pandemiyası zamanı Neymarın özünün təşkil etdiyi ziyafətdə baş tutub. Məlumatın kənara sızmasının qarşısını almaq üçün idmançı ziyafət iştirakçılarını mobil telefonlarını ayrı otaqda qoymağa məcbur edib. Bundan əlavə, partinin iştirakçıları məxfilik müqaviləsi imzalayıblar.
İspaniya nəşri yazır ki, Neymarın münasibətdə olduğu adam "Böyük Qardaş" şousunun yerli versiyasında iştirak edən məşhur braziliyalı sörfçü ola bilər.
31 yaşlı Neymar 2017-ci ildən Paris Saint-Germain-də çıxış edir.
O, Braziliya millisində 124 oyuna çıxıb, 77 qol vurub, 56 məhsuldar ötürmə edib.