2 Avqust 2023 12:53
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiprin “Aris” klubunun məşqçiləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün keçiriləcək “Qarabağ” – “Rakuv” (Polşa) oyununu izləmək üçün Bakıya gəliblər.

Teleqraf.com xəbər verir ki, Limassol təmsilçisinin mətbuat xidmətinin rəhbəri Kostas Papadopulos bununla bağlı yerli mətbuata açıqlama verib.

Onun sözlərinə görə, baş məşqçi Aleksey Şpilevskinin köməkçiləri potensial rəqiblərin görüşünü canlı izləyərək, qeydlərini aparacaqlar.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. “Qarabağ” – “Rakuv” cütünün qalibi III təsnifat mərhələsində “Aris”ə rəqib olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər