2 Avqust 2023 21:54
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ağır atleti Əli Şükürlü Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında Avropa birinciliyində üç medal qazanıb.

Teleqraf.com Azərbaycan Ağır Atletika Federasiyasına istinadən xəbər verir ki, milli komandanın üzvü yaşı 20-yə qədər olan atletlər arasında fərqlənib.

109 kq çəki dərəcəsində gücünü sınayan Şükürlü birdən qaldırmada 160 kq-ı ram edib və bu hərəkətdə Avropa birincilyinin gümüş medalını qazanıb.

Atlet təkanla qaldırmada daha uğurlu çıxış edib. O, 195 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə qızıl medala sahib çıxıb.

Toplam 355 kq (160+195) nəticə göstərən Əli yekun sıralamada 2-ci yeri tutaraq gümüş medala layiq görülüb.

Qeyd edək ki, yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) iştirak edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər