Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının 3-cü təsnifat mərhələsində Finlandiyanın HJK komandasına qarşı keçirəcəyi oyunlar üçün hakim təyinatları açıqlanıb.
Teleqraf.com xəbər verir ki, avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək ilk qarşılaşmanı İsraildən olan hakimlər idarə edəcəklər.
Qarşılaşmanın baş hakimi Roy Raynşrayberə yan xətt hakimləri David Ellas Biton və Saqi Metzamber kömək edəcəklər. Dördüncü hakim Erez Papir olacaq.
Avqustun 17-də Helsinki şəhərindəki eyniadlı stadionda keçiriləcək cavab oyununa isə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Bu görüşü Fransadan olan hakimlər idarə edəcəklər. Qarşılaşmanın baş hakimi Villi Delayoda yan xətt hakimləri Ervan Finjin və Filipp Jann yardım edəcəklər. Tomas Leonard isə dördüncü hakim olacaq.