Almaniyanın “Volfsburq” klubunun futbolçusu Junior Malanda yol qəzasında ölüb. Musavat.com xəbər verir ki, məlumatı “Bild” yayıb.
Polis leysan yağışlı və güclü küləkli hava şəraitində sürətin aşılmasını qəzanın səbəbi hesab edir. Futbolçu avtomobilin arxa oturacağında olub və “Volfsburq”un toplantısına gedirmiş. Onun oradan komanda ilə Cənubi Afrikadakı məşq düşərgəsinə yollanmalıydı.
Sürücü idarəetməni itirib və maşın aşıb, sonra isə ağaca çırpılıb. Malanda hadisə yerində ölüb, digər iki sərnişin isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
20 yaşlı futbolçu Belçikanın “Zülte-Varegema” və Almaniyanın “Volfsburq” klublarının heyətində 69 oyun keçirib və 8 qol vurub.