Bu gün Bakıda şahmat üzrə FİDE Dünya Kubokunda üçüncü turun ikinci oyunları keçirilib.
Teleqraf.com xəbər verir ki, üçüncü turda altı azərbaycanlı şahmatçı iştirak edib. İki klassik partiyanın nəticəsinə əsasən, Teymur Rəcəbov, Nicat Abbasov və Rauf Məmmədov rəqibləri ilə heç-heçə ediblər. Sabah onlar tay-brekdə mübarizə aparacaqlar.
Abdulla Qədimbəyli, Qədir Hüseynov və Ülviyyə Fətəliyeva Dünya Kubokunda çıxışlarını başa vurublar.
Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.
FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Müsabiqə avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.