6 Avqust 2023 23:58
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Arsenal” “Mançester Siti”ni penaltilər seriyasında məğlub edib və İngiltərə Superkubokunun qalibi olub. Görüş Londondakı “Uembli” stadionunda baş tutub.

Teleqraf.com xəbər verir ki, matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. “Mançester Siti”nin heyətində Koul Palmer (77-ci dəqiqə), “Arsenal”da Leandro Trossard (90+11) fərqlənib. Penaltilər seriyasında “Arsenal” 4:1 hesabı ilə daha güclü olub.

“Arsenal” 17-ci dəfə İngiltərə Superkubokunu qazanıb. Komanda sonuncu dəfə 2020-ci ildə turnirin qalibi olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər