"İnter Mayami" "Dallas"ı penaltilər seriyasında məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəlib.
Teleqraf.com xəbər verir ki, matçın əsas vaxtı 4:4 hesabı ilə heç-heçə başa çatıb, penaltilər seriyasında Mayami “İnter”inin futbolçuları daha dəqiq olub – 3:5.
"İnter Mayami" üçün dubl argentinalı hücumçu Lionel Messi tərəfindən hazırlanıb. O, 6-cı dəqiqədə Xordi Albanın ötürməsi ilə hesabı açıb, 85-ci dəqiqədə qol vuraraq komandasını heç-heçə edib. Klubda keçirdiyi dörd oyunda yeddi qol vuraraq, ardıcıl üçüncü dubla imza atıb.