Şahmat üzrə Dünya Kubokunda III mərhələnin tay-brek görüşləri keçirilir.
Teleqraf.com xəbər verir ki, Azərbaycan şahmatçılarından Teymur Rəcəbov İspaniya təmsilçisi Hayme Santosla üz-üzə gəlib.
Ağ fiqurlarla ilk rapid oyununu uduzan qrossmeyesterimiz qaralarla heç-heçə edib və mübarizəni dayandırıb.
Rauf Məmmədov FIDE adından çıxış edən Yan Neponyaşiyə uduzub. O, hər iki partiyada rəqibindən zəif olub.
Nicat Abasov isə niderlandı təmsil edən Aniş Giriyə ilk rapid partiyasında məğlub olsa da, daha sonra hesabı bərabərləşdirməyi bacarıb. Tərəflər blitsdə güclünü müəyyənləşdirməyə çalışacaqlar.