11 Yanvar 2015 14:19
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya La Liqasında XVIII turun oyunları davam edir.

Teleqraf.xom xəbər verir ki, XVIII tur “Levante” - “Deportivo” qarşılaşması ilə başlayıb. Qolsuz bitən oyunda tərəflər sülhlə razılaşmalı olub.

Çempionatın lideri “Real” doğma meydanda “Espanyol”u qəbul edib. Kral klubu katalonların qapısından 3 cavabsız qolla (3:0) keçirib.

“Malaqa” “Vilyarreal”la, “Selta” isə “Valensiya” ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.

XVIII turun mərkəzi oyunu “Nou Kamp”da baş tutacaq. Eyni xalla 2-3-cü yerlərdə qərarlaşan “Barselona” ilə “Atletiko” münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, tura “Rayo Valyekano” - “Kordoba” görüşü ilə yekun vurulacaq.

Rüstəm


Müəllif: